Molla rejimi Güney Azərbaycan şəhərlərini Ermənistanla mədəni əməkdaşlığa məcbur edir

GADTB: Ermənistanlı uşaq və yeniyetmələr üçün mədəni-bədii proqramlar təşkil etmək məqsədilə İranın Qafandakı Baş Konsulluğu və Şərqi Azərbaycan əyalətinin Mədəniyyət Mərkəzinin birgə görüşü keçirilib.

İranın Qafandakı baş konsulu ilə Şərqi Azərbaycanın Mədəniyyət Mərkəzinin rəhbərinin görüşündə Ermənistanda uşaq və yeniyetmələr üçün mədəni-bədii tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Şərqi Azərbaycan əyalətinin Uşaq və Yeniyetmələrin İntellektual İnkişaf Mərkəzindən verilən məlumata görə, İranın Qafan şəhərindəki baş konsulu Murtəza Abedin Vəramin sözügedən mərkəzin fəaliyyətinin əhəmiyyəti və roluna toxunaraq, uşaqlar və yeniyetmələrlə qarşılıqlı əlaqədə konsulluğun mədəni-bədii proqramların həyata keçirilməsi üçün zəruri platforma yaratmağa hazır olduğunu deyib.

Görüşdə Araz Azad İqtisadi Zona Təşkilatının Qafqaz üzrə direktoru Məşayixi də iştirak edib. /Azad İran

Həmçinin yoxlayın

Ərdoğan: Biz Suriyaya addım atmadıq, ancaq Suriyanı indiki vəziyyətinə gətirdik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya addım atmadıqları …

Güney Azərbaycandan olan fəallar Azərbaycan hökuməti ilə həmrəylik nümayiş etdiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, Güney Azərbaycandan …