Cümə axşamı , Sentyabr 10 2026
azfa

Rusiya Akməscid şəhərindəki Krım Tatar Milli Məclisinin binasını müsadirə edəcəyini açıqlayıb

GADTB: Rusiya qanunsuz ilhaq etdiyi Krımın Akməscid şəhərindəki Krım Tatar Milli Məclisinin (KTMM) binasını müsadirə edir.

Krımın qondarma administratoru Sergey Aksenov sosial media hesabından verdiyi açıqlamada yarımadada “Rusiyaya düşmən olanların” mülklərinin müsadirə edilməsinin davam etdiyini bildirib.

Sergey Aksenov “Simferopolda (Akməscid) bir sıra obyektlər, o cümlədən Rusiyada qadağan olunmuş ekstremist Parlamentə məxsus bina da Krım Respublikasının mülkiyyətinə təhvil verilir” ifadəsini işlədib.

Bundan əlavə, Aksenov bəyan edib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya məxsus iqamətgah da müsadirəyə daxil edilib.

2014-cü ildə Krımın Ukraynadan ilhaqından sonra Krım Tatar Türk xalqının lideri Mustafa Abdülcəmil Kırmızıoğlu başda olmaqla bir çox KTMM üzvünə Rusiya tərəfindən Krıma giriş qadağan edilib.

Daha sonra Krım tatarlarının iradəsini təmsil edən Krım Tatar Milli Məclisi Rusiya məhkəməsi tərəfindən “ekstremist təşkilat” kimi tanınıb və fəaliyyətinə xitam verilib.

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …