Çərşənbə , May 6 2026
azfa

Molla rejimi Güney Azərbaycanın Qəzvin əyaləti ilə Ermənistanın Sünik (Zəngəzur) bölgəsi arasında ticarət əlaqələri genişləndirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İran XİN-in Qəzvindəki nümayəndəsinin dəstəyi ilə Qəzvin Ticarət Palatasında Ermənistanın Sünik (Zəngəzur) vilayətinin iqtisadi imkanlarının müzakirəsinə dair görüş keçirilib.

Toplantıda İran Ticarət Palatasının sədr əvəzi Ahəngəriyan, İranın Qafandakı baş konsulu Abedin Vəramin, İran XİN-nin bölgə nümayəndəsi Hüseyn Əmidi, Ticarət Palatasının xəzinədarı Pazuki və digər üzvləri iştirak ediblər.

Görüş zamanı hər iki əyalətin iqtisadi imkanlarının təqdimatı ilə yanaşı, Qəzvin və Sünik (Zəngəzur) əyalətləri arasında biznes və ticarət əlaqələrinin inkişafı üçün həll yolları ekspertlər tərəfindən nəzərdən keçirilib./ Azad Iran

Həmçinin yoxlayın

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …

Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi

GADTB: Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Arkan İnnovations LLC” şirkəti üç yeni kamikadze dron …