Molla rejimin yaratdığı şərait nəticəsində Ərdəbildə yerli işçilər işdən çıxarıb, onların əvəzin kürdlər isə götürülür

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin yaratdığı şərait nəticəsində Ərdəbildə yerli işçilər işdən çıxarıb, onların əvəzin kürdlər isə götürürlür.

Halbuki, Ərdəbil əyaləti məşğulluq səviyyəsinə və iş imkanları baxımından ölkənin ən yoxsul əyalətlərindən biri sayılır.

Statistik hesabata görə, Ərdəbil əyalətində işsizlik səviyyəsi 12.8% təşkil edir, bu da ölkə üzrə orta göstəricidən 11% çoxdur. Bu göstərici 2015-ci ilin siyahıyaalınma məlumatlarına əsaslanaraq təxmini açıqlanıb.

İqtisadiyyatın böhranlı vəziyyətdə olmasına, cilovlana bilməyən işsizlik səviyyəsinə, iş axtaranların sayının çox olmasına və dolanışıq problemlərinə görə Ərdəbil, Tehran, Mazandaran, Gilan, İsfahan və digər az iş imkanı olan əyalətlərdə miqrant əməyinin artması işsizlik böhranını gücləndirir. Kürd fəhlələrin gəlişi cəmiyyətin ən zəif təbəqələrinin iş imkanlarını sıfıra enndirir.

Bu il Ərdəbil Dulusçuluq və Kərpic zavodu 35 yerli işçini işdən çıxarıb, əvəzinə isə yerli olmayan kürd işçilər cəlb edib.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …