Bazar ertəsi , Oktyabr 19 2026
azfa

BMT-nin hesabatı: “İranda insan haqlarının vəziyyəti pisləşib”

GADTB: Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali komissarının müavini Nada Əl-Nəşif yeni hesabatında İranda edamların və həbslərin sayının artmasına toxunaraq, İslam Respublikasında insan haqlarının vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini bildirib.

O, etirazlar zamanı 20 min nəfərin həbs edilməsinə və 10-u qız olmaqla azı 44 uşağın öldürülməsinə diqqət çəkərək əlavə edib ki, ən çox etirazçı Sistan və Bəluçistan əyalətində öldürülüb və onlardan 10-u uşaqdır.

İranda edamların sayının artması ilə bağlı ciddi narahatlığını da dilə gətirən xanım Əl-Nəşif bildirib ki, 2022-ci ildə İranda 582 nəfər edam edilib ki, bu da əvvəlki illə müqayisədə 75% artım deməkdir.

Hesabata görə, 2022-ci ildə edam edilənlər arasında üç uşaq da var.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …