İran Məhkəməsinin rəsmisi: “Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaq başa çatıb”

GADTB: “Mashregh News”un məlumatına görə, İranın Məhkəmə-Ədliyyə Sisteminin sözçüsü Məsud Sitayeşi keçirdiyi bugünkü mətbuat konfransda Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı deyib:

 “Təəssüflər olsun ki, bu ilin fevralında Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum diplomatik normaların, iki dost və qonşu ölkə arasında münasibətlərin pozulmasına səbəb olub və buna görə də ölkənin məhkəmə, siyasi və təhlükəsizlik orqanlarının rəhbərləri hücumun əsas günahkarı və ya onun baş verməsində rolu olan hər hansı digər şəxsin ciddi və qətiyyətli şəkildə cəzalandırılmalı olduğunu hər zaman vurğulayıblar”.

Sitayşinin sözlərinə görə, işin müxtəlif aspektləri müəyyən edilib və istintaq tamamlanıb.

O, bu məsələdə Azərbaycan tərəfinin də əməkdaşlıq etməsini vacibliyini qeyd edib./ Azad İran

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası İranda mətbuat azadlığına qoyulan məhdudiyyətləri sərt şəkildə tənqid edib

GADTB: Təşkilatın yüz illik yubileyini qeyd etmək üçün Parisdə keçirilən Dünya Konqresində qəbul edilən və …

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …