Molla rejimi Urmiy və Sulduzda “Sulduz Azərbaycan musiqi albomu”nun təqdimat mərasimi ləğv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Urmiy və Sulduzda “Sulduz Azərbaycan musiqi albomu”nun təqdimat mərasimi ləğv edib.

Professor Əlirza Xiyabaninin “Sulduz” adlı Güney Azərbaycan musiqi albomunun təqdimat mərasimi molla rejimi tərəfindən ləğv edilib.

Sosial mediada yayılan xəbərə görə, Əlirza Xiyabani şəxsi İnstaqram səhifəsində yazıb:

“Sulduz” albomunu Urmiya və Sulduz şəhərlərində canlı olaraq təqdim etməyi planlaşdırırdım, lakin bu təqdimat dəfələrlə törədilən maneçilik səbəbindən ləğv edildi. Dostlarımın təklifi ilə albomun onlayn formatda təqdimatı üçün Güney Azərbaycanın Təbriz, Urmiya və Sulduz şəhərlərində bir sıra bannerlər quraşdırdıq”.

Yerli mənbələrin bildirdiyinə görə, albomun təqdimat mərasiminin ləğv edilməsi albomun adına (Sulduz) görə olub.

Albomda “Borçalı Ay”, “Həsrət”, “Xan Dərəsi”,  “Sulduzda bayram”, “Olmaz olmaz”, “Yarama baxdin”, “Maral”, “Sevdin”, “Könül verdim” və “Ulduz axdı” adlı əsərlər yer alır.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …