Azərbaycan vətəndaşının İranda həbsi davam edir

GADTB: İranda İnsan Haqları Təşkilatı – HRANA xəbər verir ki, Azərbaycan vətəndaşı Validə Yusifovanın həbsindən 30 ay keçməsinə baxmayaraq, o, casusluq ittihamı ilə hələ də Tehranın Evin zindanında saxlanılır.

O, həbs olunuduğu gündən bəri ailəsi ilə telefon danışıqlarından məhrum edilib.

Mənbə qeyd edir ki, Validə Yusifova İranda narkotik alveri ilə məşğul olan dəstəni müəyyənləşdirərkən həbs edilib. Belə ki, o, Azərbaycanın Narkotiklə Mübarizə Polis İdarəsinin əməkdaşıdır.

Məlumata görə, Validə Yusifova həbsdə sakitləşdirici həblərin təsiri altındadır, psixoloji və emosional cəhətdən isə acınacaqlı vəziyyətdədir. Bu həftənin bazar ertəsi o, Tehrandakı Əminabad Psixiatriya Xəstəxanasına köçürülüb və çərşənbə günü yenidən həbsxanaya qaytarılıb.

Xatırladaq ki, 2021-cilin yanvarında tutulan xanım Yusifova üç aya yaxın Ərdəbil və Təbrizdə saxlandıqdan sonra Evin zindanına köçürülmüşdü. Bakıdan olan 31 yaşlı Yusifova “narkotik alveri və casusluqda” ittiham olunsa da, məhkəmədə narkotiklə bağlı ittihamlardan bəraət alıb, amma Tehran İnqilab Məhkəməsi hələ də onun barəsində hökm çıxarmayıb./ Azad İran

Həmçinin yoxlayın

İran və Birləşmiş Ərəb Əmirliyi arasında toqquşma olub

GADTB: İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) raket və PUA hücumlarını davam etdirir. Bu barədə BƏƏ …

Human Rights Watch: “İran edam cəzalarından cəmiyyətdə qorxu yaratmaq üçün istifadə edir”

GADTB: Human Rights Watch BMT-yə üzv dövlətləri İranda artan edamların dayandırılması üçün rəsmi Tehrana qarşı …