Bazar , Oktyabr 18 2026
azfa

Urmiya şəhərinin küçələrində Urmiya gölünün qurumasına etiraz olaraq yüzlərlə poster yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Urmiya şəhərində divarlara Urmiya gölünün qurumasına etiraz olaraq yüzlərlə poster yapışdırılıb.

Urmiya şəhərində Azərbaycanın bir qrup vətəndaş və ətraf mühit fəalı Urmiya gölü mövzusunda ictimai yollarda posterlər çap etdirərək geniş şəkildə divarlara yapışdırmaqla gölün qurudulmasına etirazlarını bildiriblər.

“Urmiya gölü bizi çağırır, səsimi eşit deyir: Susuzam!”

“Urmiya gölü quruyur” yazılı posterlər türk və ingilis dillərində çap olunub.

Ətraf mühit sahəsində mütəxəssislərin fikrincə, Urmiya gölünün quruması bu ərazinin 14 milyondan çox sakininin həyatını təhlükə altına qoyub və bu ərazi sakinlərinin məcburi köçünə səbəb olacaq.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …