Bazar , Avqust 23 2026
azfa

Tehranda Azərbaycan türklərinin mədəniyyət və incəsənət festivalı keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Tehranda Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərinin iştirakı ilə İranda yaşayan türklərin mədəniyyət və incəsənət festivalı keçiriləcək.

Bu haqda Təbriz bələdiyyə başçısı Yaqub Huşyar açıqlama verib.

Huşyar deyib: “Festivalın təşkilində əsas məqsəd yerli və xarici investorların diqqətini maksimum cəlb etməkdir. Tədbirdə Ərdəbil, Urmu, Zəncan və Təbriz şəhərlərinin hər birinə bir gün ayrılması bölgəyə sərmayələrin cəlb edilməsinə və ictimai iştirakçılığın artmasına ciddi təsir edəcək”,- o, bildirib.

Qeyd edək ki, irqçi fars-molla rejimi son vaxtlar Güney Azərbaycanda təşəbbüsü milli fəalların əlindən almaq və Azərbaycan Respublikasının mədəniyyət və incəsənət sahəsindəki təsirini azaltmaq məqsədi ilə bir sıra tədbirlər keçirir. Bu festivaln da həmin istiqamətdə keçiriləcəyi güman edilir.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …