Molla rejimi azərbaycanlı körpəyə Volkan adına görə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı körpəyə Volkan adına görə doğum haqqında şəhadətnamə vermir.

Rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi neçənci dəfə olaraq Volkan Azərmi Rad adlı azərbaycanlı körpəyə 5 aydır adının türkcə olduğuna görə doğum haqqında şəhadətnamə verməkdən imtina edib.

Volkanın yaxınlarının verdiyi məlumata görə, İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi Volkan adının xarici ad olduğunu iddia edirlər.

Qeyd edək ki, İranın Vətəndaş Qeydiyyatı İdarəsi türk adlarına doğum şəhadətnaməsi verməkdən çəkinir. Bununla bağlı Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib. Ayıl, Sevgi, Yağış, Anar, Atakan, Oğuz, Türkay, Elcan, Tarkan və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciət edib, sosial mediada etirazlarını bildiriblər.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …