Molla rejimi tarixi Təbriz bazarına qaz çəkməklə həmin tarixi əsəri məhv etmək qərarına gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İran hakimiyyəti Urmiya gölünü qurutduqdan sonra Təbriz bazarının UNESCO-nun Dünya İrs Siyahısından çıxarılmasına səbəb olacaq “qaz çəkilmə” bəhanəsi ilə Təbrizin tarixi bazarını dağıtmağa başlayıb.

Əvvəlki illərdə Təbrizin tarixi bazarının UNESCO-nun dünya siyahısından çıxarılması riski ilə əlaqədar bu bazara qaz verilməsinin müzakirəsi istisna olunsa da, keçən həftə İran rəsmiləri birdən-birə belə bir riskin olmadığını iddia edərək, yaxın günlərdə bu tarixi şah əsərini və Azərbaycanın mühüm iqtisadi mərkəzini qazla “dağıdaraq” məhv etməyi planlaşdırırlar.

İranın mədəni irs sahəsində heç bir mütəxəssisi olmayan Mədəni İrs Korpusu Naziri Əzzətullah Zərğami 2022-ci ilin aprel ayında Təbriz bazarları ilə görüşdə heç bir ekspertiza araşdırması aparmadan Təbriz bazarlarına dərhal qaz verilməsi barədə əmr verib.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …