Çərşənbə , May 6 2026
azfa

Savalan dağının zirvəsində Azərbaycan Milli Hərəkatının fəalları; “Türk xalqının qiyam tufanı ilə siz Azərbaycan müstəmləkəçiliyindən çıxmağa məcbur olacaqsınız”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan milli hərəkatının bir qrup fəalı alpinizm qrupları ilə birlikdə Savalan zirvəsinə qalxaraq Azərbaycanın Urmiya gölünün qurudulub duz səhrasına çevirmə siyasətinə etiraz ediblər.

Cümə günü Milli Hərəkatın bir qrup fəalı dağçı qruplar ilə birlikdə 4811 metrlik Savalan zirvəsinə qalxdıqdan sonra plakatlar qaldıraraq müstəmləkə sisteminin hökmranlığına və rejimin Urmiya gölünü qurutmasına xəbərdarlıq ediblər.

Onların açdığı böyük bannerin üzərində yazılıb: “Duz fırtınaları ilə Azərbaycanı boşaldacaqlarına ümid edənlər bilsinlər ki, türk xalqlarının qiyam fırtınası ilə Azərbaycanı tərk etmək məcburiyyətində qalacaqlar”.

Qey Qeyd edək ki, son günlər Təbriz, Ərdəbil, Urmiya, Xoy, Sulduz, Xiyav və başqa şəhərlərdə ekologiya və milli-mədəni  sahədə çalışan fəallar yazılı vərəqələr, posterlər yayaraq problemin diqqətdə saxlanılmasına çalışırlar.

Molla rejiminin Güney Azərbaycanda törətdiyi ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmiya gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəqi altında kampaniyaya start verilib.

Bununla yanaşı müxtəlif aksiyalarla da rejimin Urmiya gölünü qurutmasına qarşı etirazlar baş verir.Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar.d edək ki, faşist-fars molla rejimi Urmiya gölünə tökülən çayların üzərində tikilən və gölün qurumasının əsas səbəbi olan bəndlərin fəaliyyətini dayandırmır.

Həmçinin yoxlayın

Molla rejimi Həmədanda 40 vətəndaşın əmlakını “vətənə xəyanət” ittihamı ilə müsadirə edib

GADTB: İran məhkəmə sistemi Həmədan əyalətində 40 nəfərin əmlakının “vətənə xəyanət” və “düşmənlə əməkdaşlıq” ittihamları …

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …