Çərşənbə axşamı , May 5 2026
azfa

Azərbaycanlı fəallar Urmiya gölünün qəsdən qurudulmasına etiraz edirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı fəallar Urmiya gölünün qurudulmasına qarşı etiraz şüarları hazırlayıblar:

“Urmu gölünü xilas edin!”, “Su bəndləri açılmalıdır”, “15 milyon insanın həyatı təhlükədədir”, “Urmu gölü Azərbaycanın həyatıdır”, “Urmu gölü dirilməlidir”.

Bununla yanaşı, Urmu şəhərində də oxşar aksiyalar keçirilib.

Ekofəallar Urmu gölünün acınacaqlı durumunu əks etdirən poster, plakatlar qaldıraraq, şəhərin müxtəlif məhəllələri və ictimai yerlərində vətəndaşları gölün qurumasının gətirəcəyi fəlakətlər barədə məlumatlandırıblar.

Qey Qeyd edək ki, son günlər Təbriz, Ərdəbil, Urmiya, Xoy, Sulduz, Xiyav və başqa şəhərlərdə ekologiya və milli-mədəni  sahədə çalışan fəallar yazılı vərəqələr, posterlər yayaraq problemin diqqətdə saxlanılmasına çalışırlar.

Molla rejiminin Güney Azərbaycanda törətdiyi ekoloji fəlakətlə bağlı ictimaiyyəti məlumatlandırmaq və Urmiya gölünün acınacaqlı durumunu vətəndaşların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə “#Urmu_Araz_Üçün_Birlik” həştəqi altında kampaniyaya start verilib.

Bununla yanaşı müxtəlif aksiyalarla da rejimin Urmiya gölünü qurutmasına qarşı etirazlar baş verir. Ekofəallar bütün azərbaycanlıları gölün məhv olmasının qarşısının alınması məqsədilə kampaniyaya qoşulmağa, Tehran hakimiyyətinin Azərbaycanın təbiət incisini məhv etməsinə imkan verməməyə çağırıblar. Faşist-fars molla rejimi isə Urmiya gölünə tökülən çayların üzərində tikilən və gölün qurumasının əsas səbəbi olan bəndlərin fəaliyyətini dayandırmır.

Həmçinin yoxlayın

Qeşm adası və Bəndər Abbasda güclü partlayış səsləri eşidilib

GADTB: Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Qeşm adasında güclü partlayışlar baş verib. Bu …

Tramp: İranın neft quyuları “təbii partlayış” riski ilə üz-üzədir

GADTB xəbər verir ki, ABŞ prezidenti Donald Trump İranın neft quyularının saxlama imkanlarının dolmaq üzrə …