Cümə axşamı , May 7 2026
azfa

Urmiyada İran-Yaponiya oyununda milli şüarlar səsləndirildi, Yaponiya komandası alqışlandı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Urmiyada 22-ci Asiya Voleybol Çempionatı çərçivəsində İran-Yaponiya yarışında azərbaycanlı yarış tamaşaçıları milli şüarlar səsləndirib, Yaponiya komandasını təşviq ediblər.

Azərbaycanlı tamaşaçılar Urmu gölünün acınacaqlı durumunu əks etdirən şüarlarla yanaşı “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Yaşasın Azərbaycan” və s. şüarlar səsləndiriblər.

Azərbaycanlı tamaşaçılar İran komandası alqışlamayıb, Urmiya gölü ilə bağlı, eləcə də milli məsələlərlə bağlı şüarlar səsləndirib, həmçinin Yaponiya komandasını alqışlayıblar. Bu da irqçi farsların qəzəbinə səbəb olub.

İrqçi farslar azərbaycanlı tamaşaçıları “pantürkist” və “separatçı” adlandıraraq, səsləndirilən şüarların İran oyunçularının əhval ruhiyyəsinə mənfi təsir etdiyini, bunun isə komandanın uduzmasına səsən olduğunu iddia ediblər.

Qeyd edək ki, yarış 3:0 hesablı ilə Yaponiyanın xeyrinə sona çatıb.

Həmçinin yoxlayın

BMT-nin keçmiş silah müfəttişi: Bütün zənginləşdirilmiş uran İrandan çıxarılmalıdır

GADTB: Channel 12 telekanalının yaydığı məlumata görə, BMT-nin keçmiş nüvə müfəttişi və “Elm və Beynəlxalq …

ABŞ qüvvələri Oman körfəzində İranın “Hosna” neft tankerini hədəfə alıb

GADTB: ABŞ-ın Mərkəzi Komandanlığı İran bayrağı altında üzən boş neft tankerini Oman dənizində hədəfə aldığını …