Çərşənbə axşamı , May 5 2026
azfa

Azərbaycanın ermənilərə göndərdiyi yardım TIR-ları 7 gündür Ağdam-Xankəndi yolunda gözləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yeddi gündür ki Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolundadır.

İçərisində 40 ton un məmulatları olan iki TIR avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər.

Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb.

Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.

Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var.

Həmçinin yoxlayın

Qeşm adası və Bəndər Abbasda güclü partlayış səsləri eşidilib

GADTB: Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Qeşm adasında güclü partlayışlar baş verib. Bu …

Tramp: İranın neft quyuları “təbii partlayış” riski ilə üz-üzədir

GADTB xəbər verir ki, ABŞ prezidenti Donald Trump İranın neft quyularının saxlama imkanlarının dolmaq üzrə …