Bazar , Sentyabr 20 2026
azfa

ETTELAAT İdarəsi həbs etdiyi azərbaycanlı fəal Peyman İbrahimi Dinvərini harada saxladığı barədə məlumat vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Peyman İbrahimi Dinvərini avqustun 26-da yaxalayıb.

Fəalın yaxalanandan sonra hansı orqana aparıldığı barədə onun ailəsinə məlumat verilmir.

İbrahimi Dinvərin ailəsi müvafiq orqana müraciət edib. Lakin bu günə kimi onun durumu barədə məlumat bildirilməyib. Davamlı müraciətlərdən sonra ailəsinə Dinvərinin işinin Təbriz şəhəri 15-ci İstintaq Şöbəsinə ötürüldüyü bildirilib.

Fəalın dosyesinə baxan hakim onun barəsində 2 aya kimi heç bir qərar verilməyəcəyini, həmçinin əlaqə saxlama hüququnun ləğv olunduğunu və 1 ay sonra məhkəməsi keçiriləcəyini deyib. Habelə bundan sonra qərar çıxarılacağı bildirilib.

Qeyd edək ki, Dinvərin 4 yaşlı körpə qızı atasının evdə olmadığına görə stres keçirir.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …