Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəallara qarşı fiziki təhdidlər artır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin mülki geyimli qüvvələri ötən günlərdə Güney Azərbaycanın müxtəlif şəhərlərində bəzi azərbaycanlı milli fəallara qarşı fiziki təhdidləri artıb.

Dünən gecə Təbrizdə belə hadisələrdən birində molla rejimin 4 silahlı mülki geyimli şəxsi azərbaycanlı milli fəal İrəc Həsəniyə hücum edərək, onun mobil telefonunu və digər şəxsi əşyalarını müsadirə edib. Onlar azərbaycanlı fəalı gələcəkdə daha ağır cəzalarla cəzalandırılacağı ilə hədələyiblər.

Qeyd edək ki, bir sıra azərbaycanlı milli fəalın sözünə görə, Təbriz, Urmiya, Sulduz və s. kimi şəhərlərdə mülki geyimli hökumət qüvvələri azərbaycanlı fəalların evlərinin ətrafında pusqu quraraq, onlara hücum edib və vəhşicəsinə döyüb və fəaliyyətlərini dayandırmaları barədə xəbərdarlıq ediblər.

Həmçinin yoxlayın

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri: İran İslam Respublikası ilə qarşıdurma yekun mərhələdədir

GADTB: ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Donald Tramp administrasiyası İran İslam Respublikası …