Ceyhun Bayramov: “Ermənistanın aqressiyası nəticəsində minlərlə azərbaycanlı hüquqlarından məhrum oldu”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Ermənistan 30 illik işğal dövründə müharibə cinayətləri törətdi, insan hüquqlarını pozaraq uşaqlar, yaşlılar və qadınları istisna etmədən etnik təmizləmə həyata keçirdi”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında deyib.

O, ermənilərin azərbaycanlılara qarşı aqressiyasının faciə ilə nəticələndiyini, minlərlə azərbaycanlının hüquqlarının əllərindən alındığını vurğulayıb.

“Ermənistanın aqressiyası faciə ilə nəticələndi. 100 minlərlə azərbaycanlı yaşamaq, təhsil almaq, sağlamlıq hüquqlarından məhrum oldu”, – nazir əlavə edib.

Həmçinin yoxlayın

Amerika və İran nümayəndə heyətləri İsveçrədə

QADTİB: Amerika Birləşmiş Ştatları və İran rejiminin nümayəndə heyətləri bu gün İsveçrənin Burgenştok kurortuna gəliblər. …

Hüseyn Şeirbafipurun həyatı Təbriz həbsxanasında təhlükə altındadır

QADTB: Hüseyn Şeirbafipur 18 dey etirazları zamanı Təbrizdə saçma güllələrinin hədəfinə çevrilib və ağır yaralandıqdan …