Şənbə , Sentyabr 19 2026
azfa

Qərbi Azərbaycan vilayətində 137 sosial media fəalı həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın qərbində 137 sosial media fəalı həbs edilib.

Qərbi Azərbaycan vilayətinin polis qüvvələrinin komandiri Rəhim Cəhanbəxş mətbuata müsahibəsində bununla bağlı deyib: “Vilayətdə 137 media fəalı müəyyən edilərək həbs edilib”.

Rəhim Cəhanbəxş iddia edib: “Onlar bir sıra məzmun, şəkil və videolar paylaşmaqla ictimai fikri çaşdırmağa çalışıb, bəziləri isə iğtişaşları qızışdırmaq niyyətində olub”.

Cəhanbəxşin sözlərinə görə, sosial media fəallarının həbsi ilə yanaşı, 52 “İnstaqram” hesabı da bağlanıb.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …