Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimin həbs etdiyi Fərhad Hüseyninin vəziyyəti barədə məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi Zəncan şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal, ekoloq və Azərbaycan türkcəsi kurslarının müəllimi Fərhad Hüseyninin taleyi barədə məlumat verilmir.

Molla rejiminin ETTELAAT məmurlarının sentyabrın 19-da həbs edərək naməlum yerə apardıqları mədəni fəalın ailəsinin əlaqədar dövlət qurumlarına müraciətləri cavabsız qalıb.

Qeyd edək ki, Zəncanın Azad Universitetində “idarəçilik” ixtisası üzrə magistr mərhələsində təhsil alan Fərhad Hüseyni Zəncan əyalətinin mətbuatında, o cümlədən “Bayram” jurnalında müxbir vəzifəsində çalışıb, mədəni-ictimai sahədə məqalələr yazıb.

Əsasən ədəbi və mədəni fəaliyyətləri ilə tanınan Fərhad Hüseyni bir müddət Zəncanın Mədəniyyət Mərkəzində türk dili və ədəbiyyatından dərs deyib.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …