Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal Fərhad Hüseyni girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk dili müəllimi, Azərbaycan milli hərəkatının fəalı Fərhad Hüseyni məhkəmə prosesinin sonuna qədər girov qarşılığında zaminə buraxılıb.

Qeyd edək ki, molla rejimin məmurları sentyabrın 19-da Zəncan şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Fərhad Hüseynini həbs edərək naməlum yerə aparmışdılar.

Zəncanın Azad Universitetində “idarəçilik” ixtisası üzrə magistr mərhələsində təhsil alan Fərhad Hüseyni Zəncan əyalətinin mətbuatında, o cümlədən “Bayram” jurnalında müxbir vəzifəsində çalışıb, mədəni-ictimai sahədə məqalələr yazıb.

Əsasən ədəbi və mədəni fəaliyyətləri ilə tanınan Fərhad Hüseyni bir müddət Zəncanın Mədəniyyət Mərkəzində türk dili və ədəbiyyatından dərs deyib.

Həmçinin yoxlayın

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …