Cümə axşamı , May 14 2026
azfa

Molla rejimi azərbaycanlı mədəni fəal Mürtəza Nurməhəmmədi Nadarlı Təbrizdə zindana köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Sofian şəhərindən olan azərbaycanlı fəal Mürtəza Nurməhəmmədi Nadarlıni sentyabrın 8-də Təbrizdə zindana köçürüb.

Azərbaycanlı fəalım 500 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılmasına razılıq verilsə də,  hələlik sərbəst buraxılmayıb.

Qeyd edək ki, azərbaycanlı fəal sentyabrın 9-u səhər saatlarında Sofian şəhərində molla rejimin məmurları tərəfindən saxlanılaraq, Təbrizin ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb.

Mürtəza Nurməhəmmədi  bir müddət əvvəl qızına türkcə “Hunay” adı seçdiyi üçün sənəd verilmədiyi barədə sosial mediada paylaşımlar edib.

O, paylaşımında bildirmişdi ki, Sofian şəhərinin İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi Hunay adının İran adları siyahısında olmadığı üçün yabancı ad hesab edib və bu adla ona doğum şəhadətnaməsi verməkdən imtina etmişdi. Mürtəza Nurməhəmmədinin bu məsələ ilə bağlı yaxalandığı bildirilir.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …