Molla rejimin həbs etdiyi azərbaycanlı fəal Əşkan Səadətmehr qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi Azərbaycan Milli Hərəkatının fəalı Əşkan Səadətmehr Urmiyada qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

Molla rejimi azərbaycanlı fəala qarşı əsassız ittihamlar irəli sürüb və onun istintaqının sona çatmasına qədər zaminə buraxılmasına mane olublar.

Vicdan məhbusunun yaxınlarından əldə olunan məlumata əsasən, azərbaycanlı fəal günlərlə döyülərək, fiziki işgəncələrə məruz qalıb.

Əşkan Səadətmehr 22 sentyabrda SEPAH-nin kəşfiyyat idarəsi tərəfindən saxlanılmışdı.

Qeyd edək ki Əşkan Səadətmehr daha öncə də tutularaq fevral ayından azadlığa buraxılmışdı.

Həmçinin yoxlayın

Molla rejimi daxilində çəkişmə ABŞ ilə danışıqları çətinləşdirir

GADTB: “The New York Post” qəzeti yazır ki, İranda hakimiyyət uğrunda daxili mübarizə ABŞ ilə …

Molla rejimi Güney Azərbaycan şəhərlərində fəalları həbs etməkdə davam edir

GADTB: İrqçi fars-molla rejimi məmurlrı Güney Azərbaycan şəhərlərində fəalları həbs etməkdə davam edir. Son həftə …