Bazar , Sentyabr 20 2026
azfa

ABŞ və Qətər rəsmiləri İranın dondurulmuş 6 milyard dollarlıq vəsaitinə hələlik verməməyə razılaşdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ və Qətər rəsmiləri İranın dondurulmuş 6 milyard dollarlıq vəsaitinə hələlik verməməyə razılaşdılar.

ABŞ maliyyə nazirinin müavini demokrat konqresmenlərə “Amerika rəsmiləri və Qətər hökuməti Hamas-ın İsrailə hücumu fonunda İrana humanitar yardım üçün 6 milyard dollarlıq hesaba giriş verməmək barədə razılığa gəliblər”, – deyə bildirib.

Əvvəllər bildirilirdi ki, Tehran bu aktivlərə İran və ABŞ arasında bağlanmış sazişlərin mübadiləsinə dair razılaşmalar çərçivəsində çıxış əldə edəcək. Lakin Hemasın İsrailə terror hücumunun arxasında İranın dayandığı üçün həmin vəsaitin yenidən dondurulması gündəmə gəldi.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …