Cümə , İyul 31 2026
azfa

Güney Azərbaycanın Kəndivan kəndi dünyanın ən yaxşı turizm kəndi siyahısına salındı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Kəndivan kəndi Dünya Turizm Təşkilatının ən yaxşı beynəlxalq turizm kəndləri siyahısına salınıb.

Səmərqənddə keçirilən iclasda İranın təqdim etdiyi səkkiz kənddən Güney Azərbaycanın “Kəndivan” kəndi dünyanın ən yaxşı turizm kəndləri siyahısında ölkə üzrə ilk kəndi kimi qeydə alınıb.

Qeyd edək ki,  Kəndivan Güney Azərbaycanın Üskü bölgəsinin Səhənd kəndistanında yerləşir.

Üskünün 18 kilometrliyində yerləşən 700 illik Kəndin evləri qayalar içində tikilib. Kəndivanın bənzər kəndi yalniz Türkiyənin Kapadokiya bölgəsində mövcuddur. Hazırda Kəndin 168 evində təxminən 600 nəfər yaşayır. Əhalının əsas məşğuliyyəti turizm, əkinçilik, arıçılıq və maldarlıqdır.

Həmçinin yoxlayın

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq edib

GADTB: ABŞ Xəzinədarlıq Departamenti İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Bu barədə ABŞ …

Qərbi Azərbaycanda kürd terrorizminin tarixi saxtalaşdırma iddiaları və vilayət rəsmilərinin susqunluğu

GADTB: Qərbi Azərbaycan vilayətində terrorizmi dəstəkləyən qruplar Urmiyanın Bozlusinə turizm bölgəsində yeni lövhə quraşdıraraq ərazinin …