Azərbaycanlı sosial şəbəkə istifadəçiləri “Hüseyniyyun” terror təşkilatının fəaliyyətinə görə molla rejiminə xəbərdarlıq ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasında axtarışda olan “Hüseyniyyun” terror qruplaşmasının İrana sığınmış üzvlərinin Azərbaycan əleyhinə təbliğatları Güney Azərbaycanda sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına səbəb olub.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri bununla bağlı paylaşımlar edərək terrorçuları dəstəkləyən molla rejiminə xəbərdarlıq ediblər.

Azərbaycanlı sosial şəbəkə istifadəçiləri  terror qruplaşmasının üzvlərinin Azərbaycana qarşı təxribatçı fəaliyyətlər göstərmələri və həqiqətə uyğun olmayan təbliğatlar aparmaları barədə İran hökumətinə xəbərdarlıq edib və bu təxribatın dayandırılmasını istəyiblər.

Paylaşımlarda bildirilib ki, Azərbaycana qarşı belə təxribatçı fəaliyyətlər İranda yaşayan çoxmilyonlu azərbaycanlıların molla rejiminə qarşı çıxmaları ilə nəticələnəcək.

Qeyd edək ki, son günlər “Hüseyniyyun” terror qruplaşması üzvlərinin İranın dövlət televiziya kanallarında Azərbaycana qarşı təxribatlar törətməyə çalışıblar.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …