Bazar , Sentyabr 20 2026
azfa

Sayın Mikayil bəy Oyta Türkiyənin Avstraliyada Sidney Musiad Ticarət Təşkilatının keçirdiyi tədbirə qatılıb- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta rəsmi dəvətlə bu gün Türkiyənin Avstraliyada Sidney Musiad Ticarət Təşkilatının keçirdiyi tədbirə qatılıb.

Oktyabrın 25-də keçirilən tədbirdə genel başqan Mahmut Asmalı və Yönətim kurulu üzvləri Avustraliyada ticarət əlaqələri sahəsində biznes adamları ilə görüş keçirdilər.

Tədbirə Türkiyənin Avstraliyada olan səfiri hörmətli Ufuk Gəzər, Türkiyənin baş konsulu hörmətli Ali Sevim, qardaş ölkə- Pakistanın baş konsulu və Avstraliyanın dövlət təmsiçiləri, Yeni Güney Uelz (NSW) əyalətinin multikultural təmsilçisi və digər millətlərin ticarət adamları iştirak ediblər.

Bu görüşün yaxın gələcəkdə Türkiyə, Avstraliya, Azərbaycan və Pakistan arasında ticarət əlaqələrinin daha da yaxşılaşmasında rolu olacağına inanmaq olar.

Tədbir  Sidneyin  sularında 4saatllıq gəmi səyahəti ilə baş tutub.

Tədbirdən şəkilləri təqdim edirik:

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …