Cümə axşamı , Aprel 30 2026
azfa

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Türkiyə səfirliyinin keçirdiyi Cümhuriyyətin 100 illiyi tədbirinə qatılıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Qadın və İnsan Haqları departamentinin sədri Sara xanım Azərsun Avstraliyada Türkiyə sifirliyinin təşkil etdiyi Türkiyə Cümhuriyyətinin 100 illiyi mərasiminə dəvət edilib və həmin tədbirə qatılıblar.

Öncədən Türkiyə səfirinə Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik məktubu ünvanlayan Sayın Mikayil bəy Oyta, gül çələngi ilə tədbirə qatılmışdır.

Tədbir oktyabrın 27-də Türkiyənin Avstraliyadakı səfiri hörmətli cənab Ufuk Gəzər və dr. Şəbnəm Fərivər Gəzərin təşkilatçılığı ilə keçirilib.

Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçirilən tədbirə həmçinin Yeni Güney Uels (NSW) əyalətinin Multikultural Nazirliyinin təmsilçisi və çox sayda qonaqlar iştirak etmişdiler.

Həmçinin yoxlayın

Marağalı şair Barişmaz təxəllüslü Heydər Abbasi vəfat edib

GADTB: Azərbaycanlı şair Heydər Abbasi (Barişmaz) 83 yaşında Marağa şəhərində vəfat edib. Məlumata görə, 1322-ci …

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …