Bazar , Sentyabr 20 2026
azfa

Türk gənclər Güney Azərbaycan, Qaşqay və s. yaşayan başqa türklərə müraciət ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Antalyada keçirilən “Yörük və Türkmən” festivalının son günündə bir qrup türk gənci Güney Azərbaycan türkləri, qaşqaylar və İran adlanan ərazidə yaşayan türklərə videomüraciət edərək, türk millətinin məqsədinin və prioritetinin türk xalqı olmaq olduğunu bildiriblər.

Onlar irqçi fars rejimin müstəmləkəçiliyi altında olan Güney Azərbaycan və digər türklərə azadlıq diləyiblər.

Qeyd edək ki, “Yörük və Türkmən” festivalı ikinci ildir Antalya şəhərində keçirilir. Dünyanın hər yerindən türklər bu festivala qatılaraq, öz bölgələrinin mədəniyyətini, adət-ənənələrini müxtəlif üsullarla nümayiş etdirirlər.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …