Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejiminin həbs etdiyi milli fəallara qarşı təzyiqləri davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəallara qarşı təzyiqləri davam edir.

Dünən azərbaycanlı milli fəal Murtəza Nurməhəmmədi barəsində yenidən ittiham elan edilməsi üçün təhlükəsizlik qüvvələri tərəfindən Şəbüstər şəhər Prokurorluğuna aparılıb və zaminə buraxılması üçün müəyyən edilmiş girov məbləği 200 milyon tümən artırılıb.

Azərbaycanlı fəal Əli Babaiyə də ailəsi ilə əlaqə saxlamağa icazə verilməyib və ona da ciddi təzyiq göstərilir.

Qeyd edək ki, son üç ay həbs müddətini Təbrizdə ETTELAAT  Nazirliyinin təcridxanasının təkadamlıq kamerasında keçirən tanınmış azərbaycanlı fəal son aylarda həbs olunan digər fəallar kimi ən güclü basqılarla üzləşib.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …