Şənbə , Sentyabr 19 2026
azfa

“Hüseyniyyun” terror təşkilatının başçısı Tohid İbrahimbəyli İran rəsmiləri tərəfindən mükafatlandırılıb

GADTB: “Hüseyniyyun” terror təşkilatının başçısı Tohid İbrahimbəyli İran rəsmiləri tərəfindən mükafatlandırıldı

Ermənipərəst siyasi şərhçi Ehsan Movəhhediyan “X” hesabında İrandan idarə olunan və Azərbaycana qarşı davamlı təhdidlər yağdıran “Hüseyniyyun” terror təşkilatının rəhbəri Tohid İbrahimbəylinin rəsmi mərasim zamanı İranın hərbi_rəsmiləri və din xadimləri tərəfindən göstərdiyi “xidmətlərə” görə mükafatlandırıldığına dair video paylaşıb.

“Bəsic qüvvələrinin komandiri “Azərbaycan – Hüseyniyyun” İslam Müqavimət Hərəkatının başçısı Tohid İbrahimini mükafatla təltif edib”,- deyə o, yazıb./ Azad İran

Həmçinin yoxlayın

Türkiyə İstanbulda İranın Bank Millət filialının fəaliyyət icazəsini ləğv edib

GADTB: Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu (BDDK) İranın “Bank Millət” bankının İstanbulda yerləşən mərkəzi …

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …