Cümə , Dekabr 27 2024
azfa

İrqçi fars-molla rejimi türk adına görə daha bir azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə daha bir azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə vermir.

İranın Ərdəbil əyalətində yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi yeni doğulan azərbaycanlı körpəyə türk adı – Dolunay adına doğum haqqında şəhadətnamə verməkdən imtina edib.

Rejimin qeyd edilən idarəsi  doğum haqqında şəhadətnamənin verilməməsini həmin adın qeydiyyat sistemində adlar siyahısında olmaması ilə əlaqədar bilib və həmin türk adına sənəd verməkdən imtina edib.

Dolunayın atası şair, milli fəal və “Qorxu biləyinə bükülüncə” kitabının müəllifi Səid Sadeqifər “İnstagram” hesabında bununla bağlı yazıb:

“Ərdəbil əyalətində Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin Dolunay adına qarşı çıxmasından sonra mən bütün sənədləri və bir neçə cild Azərbaycan lüğətinin, habelə türkcə-azərbaycanca “Ərk” lüğətinin surətlərini Tehran Mərkəzi Qeydiyyat İdarəsinə göndərdim. Ancaq Ərdəbil şəhərində Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsindən mənə bildirildi ki, bu adların 99%-i təsdiq olunmayıb, övladınıza başqa ad axtarın”.

Qeyd edək ki, irqçi fars-molla rejimi Azərbaycan Türk Millətinə öz övladlarına türkcə ad qoymağı qadağan etməklə onları bir millət kimi məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Ərəb Liqası İrana xəbərdarlıq etdi

GADTB: Ərəb Liqası İslam Respublikası hökumətini Suriyanın keçmiş prezidenti və İran hökumətinin köhnə müttəfiqi Bəşar …

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …