Paşinyan işğalçı Ermənistanın baş naziri seçildi-Canlı

Nikol Paşinyanın tərəfdarları İrəvanın mərkəzindəki Respublika meydanına toplanıb.

Axar.az xəbər verir ki, ötən gün Nikol Paşinyanın çağırışına uyğun olaraq, əhali artıq müxalif lideri dəstək vermək üçün aksiyaya başlayıb.

Aksiyada çıxış edən yoxdur, musiqi qrupu akisya iştirakçıları qarşısında çıxış edir.

Qeyd edək ki, Paşinyan dünən saat 12:00-da parlamentdə baş nazir seçkisinin başlayacağını bildirmiş və tərəfdarlarını saat 11:00-da Respublika meydanında toplanmağa səsləmişdi.

***

Ermənistan parlamentində baş nazir seçkisi üçün iclas başlayıb.

İclas Respublika meydanında qoyulan televizorda canlı nümayiş olunur.

***

Nikol Paşinyan parlamentdəki çıxışı zamanı Ermənistan vətəndaşlarına təşəkkür edib:

“Daxili münasibətlərdə avtomatlar birdəfəlik susmalıdır. Respublikada bizim tərəfdarlarımız və rəqiblərimiz üçün bir qanun hökm sürəcək. Heç bir iqtisadi monopoliya, heç bir seçicinin alınması olmayacaq. Siyasi və iqtisadi təqib dövrü sona çatıb”.

***

Nikol Paşinyan Dağlıq Qarabağ məsələsinə toxunub:

“Biz Azərbaycan lideri ilə danışıqlara hazırıq. Qeyd edə bilrəm ki, danışıqlar Dağlıq Qarabağ rəhbərliyi təmsil olunmayana qədər effektiv hesab edilə bilməz”.

Onun sözlərinə görə, Ermənistan ordusuna ciddi diqqət ayrılmalıdır.

***

Paşinyan Qarabağın tanınacağını bildirib: “Mən “Qarabağ Respublikası”na dəstəyimi və sevgimi çatdırmaq istəyirəm. Əziz qarabağlılar, son 1,5 ay ərzində etiraz hərəkatları sizin üçün təhlükə deyil. Bu, Dağlıq Qarabağın haqlarının tanınmasına səbəb olacaq. Biz birlikdə vacib milli hədəflərə çatmaq məsələsinə əvvəllər heç bu qədər yaxın olmamışıq”.

***

Paşinyan baş nazir seçildi!

Parlamentdə səsvermədə Nikol Paşinyanın lehinə 59, əleyhinə 42 deputat səs verib.

Paşinyan 15 gün ərzində yeni kabineti təqdim edəcək.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın