Çərşənbə , Sentyabr 9 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara psixoloji təzyiqi davam edir

GADTB: Molla rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara psixoloji təzyiqi davam edir. Azərbaycanlı milli fəalların Təbrizdə rejimin ETTELAAT İdarəsi tərəfindən həbsindən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, bu məhbusların hələ də ailələri ilə əlaqə saxlamaq hüququ yoxdur və psixoloji təzyiq altındadırlar.

Yürüş Mehrəlibəyli və Əli Babai kimi azərbaycanlı siyasi məhbuslar hələ də təkadamlıq kameradadırlar və uzun müddət işgəncələrə məruz qalırlar.

Həmçinin Təbrizdə rejimin ETTELAAT İdarəsi bu məhbusların ailələri ilə əlaqə saxlamalarına mane olub və onları törətmədikləri işlərə görə məsuliyyət daşımalarına israr edir. Beləliklə rejim azərbaycanlı fəalları şərləyib və müxtəlif cinayətləri onların boynuna qoymağa çalışır.

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …