Molla rejimin azərbaycanlı fəalları həbs etməsi Cenevrədə gündəmə gəldi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Milli Azlıqlarının 16-cı forumunda Güney Azərbaycandan olan milli-mədəni fəalların həbsi barədə hesabat təqdim edilib.

Azərbaycan İnsan Haqları Cəmiyyətinin yaydığı (ƏRK) məlumata görə, cəmiyyətin nümayəndəsi Mənsur Seyfi forumda çıxış edərək, İran hökumətinin qeyri-fars millətlərə qarşı ayrı-seçkilik siyasətlərindən danışıb:

“İran təhlükəsizlik sistemi davamlı olaraq milli kimlikləri uğrunda fəaliyyət göstərən Güney azərbaycanlı fəalları təqib və həbs edir”.

Seyfi hazırda İran həbsxanalarında saxlanılan azərbaycanlı fəallar barədə məlumat verib, onların həbsinin qanunsuz və hüquqi əsası olmadan həyata keçirilən özbaşına hərəkət adlandırıb.

Hesabatda İran həbsxanalarında saxlanılan azərbaycanlı milli fəalların azadlığa buraxılması istənilib.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …