Cümə , Sentyabr 11 2026
azfa

Güney Azərbaycanın Ərdəbil və Urmiya şəhərlərində təqaüdçülər etiraz aksiyası keçirib

Güney Azərbaycanın Ərdəbil və Urmiya şəhərlərində telekomunikasiya sahəsində çalışmış təqaüdçülər inflyasiya və bahalığın gündən-günə artdığı bir vaxtda müavinətlərinin az olması və tələblərinin hökumət tərəfindən yerinə yetirilməməsinə etiraz olaraq aksiya keçiriblər.

Ərdəbildə etirazçı təqaüdçülər ölkədə korrupsiyanın nəticəsində problemlərlə üzləşdiklərini bildirən şüarlar səsləndiriblər: 

“Bir oğurluq faktı azalarsa, problemimiz həll olunar!

İş görməli olan şəxsin yerində bir hərbçi oturub!

Yalançı rəhbər, verdiyin vədlərin nəticəsi hanı?”

Həmçinin Urmiya şəhərində Qərbi Azərbaycan əyalətində rabitə sahəsində çalışmış təqaüdçülər etiraz aksiyası keçiriblər

Etiraz aksiyasına qatılan narazı təqaüdçülər müəvinətlərinin az olmasından şikayətlənərək şüar səsləndiriblər: “Haqqımızı almayınca geri çəkilən deyilik!”

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycan şairi Şəhriyarın anım mrasimi keçiriləcək

GADTB: Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadı Təşkilatının sədri Nemətullah Payan deyib ki, bu il …