Cümə , Yanvar 3 2025
azfa

Güney Azərbaycan şəhərlərində təqaüdçülər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın bəzi şəhərlərində təqaüdçülər etiraz aksiyası keçirdilər.

Günorta saatlarında Şərqi Azərbaycan əyalətinin Rabitə Şirkətinin təqaüdə çıxmış işçiləri etiraz aksiyası keçiriblər. Bir sıra digər azərbaycan şəhərlərində də oxşar etiraz aksiyası keçirilib.

Rabitə Nazirliyinin yerli idarələri qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Etirazçılar “vədləriniz yaxşıdır, ancaq hamısı yalandır”, “haqqımızı almayınca susmayacayıq”, “süfrələrimiz boşdur” və başqa bu kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, Rabitə Nazirliyi təqaüdçüləri son illərdə davamlı etiraz aksiyası keçirirlər.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …