Molla rejimin məmurları azərbaycanlı fəal Salar Tahir Əfşarı həbs ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları azərbaycanlı fəal Salar Tahir Əfşarı həbs ediblər.

Salar Tahir Əfşar bu gün Urmiya şəhərində rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilərək, Təbrizdə rejimin ETTELAAT İdarəsinə aparılıb.

Məlumata görə, ETTELAAT qüvvələri məhkəmə qərarı olmadan milli fəalın atasının evinə basqın ediblər, qapının qıfılını sındıraraq, evə vəhşicəsinə daxil olub və evdə qanunsuz axtarış apararaq, azərbaycanlı fəalı həbs ediblər.

Qeyd edək ki, hələlik onun həbs səbəbi ilə bağlı dəqiq məlumat yoxdur.

Həmçinin yoxlayın

Təbriz Mərkəzi Həbsxanasında kritik vəziyyət yaranır

GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla …

JISS: “SEPAH zəifləmiş İranda hakimiyyəti qoruyub saxlayır, lakin daxili parçalanmalarla üzləşir”

GADTB: Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxili …