Cümə axşamı , Sentyabr 10 2026
azfa

Yaxın vaxtlarda İrandakı Azərbaycan Səfirliyinə hücum edən şəxsin məhkəməsi keçiriləcək

GADTB: dünən Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev ilə İran İslam Respublikasının Baş Prokuroru Məhəmməd Müvəhhidi Azad arasında videokonfrans formatında görüş baş tutub.

Bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli hüquqi, məhkəmə sahəsində əməkdaşlıqlar o cümlədən hüquqi sahədə əməkdaşlığa dair anlaşma memorandumunun yekunlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin görüş zamanı tərəflər Azərbaycanın İrandakı səfirkiyinə hücum və onu törədən şəxslərlə bağlı İran ədliyyə qurumları tərəfindən işin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Bu xüsusda hüquqi və rəsmi iş yekunlaşdıqdan sonra məhkəmənin vaxtının müəyyən ediləcəyi və yaxın vaxtlarda məhkəmə keçiriləcəyi açıqlanıb.

Eləcə də görüşdə tərəflər ikitərəfli münasibltlərdə yeni müsbət səhifənin açılmasından məmnunluq ifadə ediblər.

İranlı həmkarı Kamran Əliyevi Tehrana səfərə dəvət edib.

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …