Cümə axşamı , Sentyabr 10 2026
azfa

Güney Azərbaycanın Həmədan bölgəsinə azərbaycanlı siyasi məhbusa 16 il həbs cəzası verildi

GADTB: Həmədan şəhər həbsxanasında saxlanılan azərbaycanlı Əli Lalədani adlı gənc məhbusun işi bir neçə aylıq həbslə bağlı Apellyasiya Məhkəməsinin yekun qərarından sonra prokuror müavininin protesti ilə onun işinə yenidən baxılıb və məhkəmənin hökmü ilə gəncə 16 il müddətinə həbs cəzası verilib.

Məlumata görə, 4 ildir həbs cəzası çəkən siyasi məhbus Əli Lalədani Həmədan əyalətinin Apellyasiya Məhkəməsinin 11-ci şöbəsi tərəfindən “hakimiyyəti devirmək məqsədilə mübariz dəstə yaratmaq”, “şüar yazmaqla hökumət əleyhinə təbliğat aparmaq”, “şüar yazaraq rəhbəri (Xameneyi) təhqir etmək”, “bankı yandırmaq” və “İslam Mədəniyyəti İdarəsinin təbliğat bannerlərinə od vurmaq” ittihamları ilə ümumilikdə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd olunub ki, güneyli siyasi məhbusun adı insan haqları mənbələrində çəkilmir və onun kimi bir çox etirazçı İran həbsxanalarında saxlanılır./ Azad İran

Həmçinin yoxlayın

Qaradağ meşələrini molla rejimin mədənçilik fəaliyyəti məhv edir – Video

GADTB: Yayılan görüntülər bir ildən də az müddət ərzində Qaradağın meşələrinin və təbii ərazilərinin bir …

ABŞ səfirliyi: Husilər Yəməni İran İslam Respublikası üçün bazaya çeviriblər

GADTB: ABŞ-ın Yəməndəki səfirliyi bildirib ki, husilər və onların İrandakı tərəfdarları hesablamalarında yanılıblar və Yəmənin …