Çərşənbə , Sentyabr 23 2026
azfa

Molla rejimin müstəmləkə siyasəti nəticəsində Güney Azərbaycanda yoxsulluq kəskin artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin müstəmləkə siyasəti nəticəsində Güney Azərbaycanda yoxsulluq kəskin artıb.

Dünya Bankı bu yaxınlarda İranda yoxsulluğun vəziyyəti ilə bağlı hesabat dərc edib və hesabatda Güney Azərbaycanın şəhərlərində əhalinin yaşayış vəziyyətinin İranın digər bölgələri ilə müqayisədə daha pis olduğu qeyd olunub.

Hesabata əsasən 2011-2020-ci illər ərzində İranda mütləq yoxsulluq həddində olan əhali 20%-dən daha çox olub.

Qeyd edilib ki, Güney Azərbaycan əyalətləri və Sistan Bəluçistan əyalətinin şəhərlərində əhalinin 20%-dən az hissəsi yaşadığı halda, 32%-i mütləq yoxsulluq həddinin altındadır. Bu müddətdə Güney Azərbaycanın şəhərlərində yoxsul əhalinin sayı 16 faizdən 36 faizə, Bəluçistan əyalətinin şəhərlərində isə 43 faizdən 52 faizə yüksəlib.

Bu dəhşətli göstərici isə sırf irqçi fars-molla rejimin Güney Azərbaycana qarşı müstəmləkə siyasəti nəticəsində baş verib.

https://www.youtube.com/shorts/HwnI06yo-Xo

Həmçinin yoxlayın

ABŞ İranın blokadanın ləğvi tələbini rədd edib

GADTB: “Əl-Ərəbiyyə” kanalı iki ölkənin nümayəndə heyətlərinin Nyu-Yorkda keçirilən görüşündə iştirak edən amerikalı mənbəyə istinadla …

SEPAH müşavirləri Qırmızı dəniz sahillərinin ələ keçirilməsi zamanı husilərin yanında olublar

GADTB: Associated Press çərşənbə günü, 1 Mehr 1405-ci ildə (23 sentyabr 2026) məlumatlı mənbələrə istinadən …