
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəala ağır həbs cəzası verərkən ona yeni cinayət işi açıb.
Əşkan Səadətmehrə yenicə eyni zamanda yeni işin açılıb. Bununla bağlı cənab Səadətmehr tərəfindən alınan bildirişdə ondan ittihamlara baxılmaq üçün yanvarın 16-da Urmiya Cinayət Məhkəməsinin 108-ci şöbəsinə gəlməsi istənilib.
Qeyd edək ki, azərbaycanlı fəal Əşkan Səadətmehr Urmiyanın “Şəhid Beheşti” Cinayət Məhkəməsinin 108 saylı şöbəsi tərəfindən ümumilikdə 7 il müddətinə həbsə məhkum edilmişdi
Dekabrın 13-də milli fəalın iştirakı olmadan keçirilən məhkəmə iclasında o, “müqəddəsləri təhqir etmək” ittihamı ilə 5 il, “kiberməkanda yalan məlumatlar yaymaq” ittihamı ilə isə 2 il müddətinə həbs cəzasına məhkum edilmişdi.
Molla rejimi bundan öncə də azərbaycanlı milli fəalı həbs və təzyiqlərə məruz qoyub.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi