Cümə axşamı , Oktyabr 15 2026
azfa

Güney Azərbaycanda Qaraqışlaq kəndində əhali ekoloji fəlakətə görə duz zavodunun tikilməsinə etiraz ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Salmas bölgəsinin Qaraqışlaq kəndinin sakinləri ekoloji fəlakətin qarşısını almaq məqsədilə kəndin ərazisində duz zavodunun tikintisinə etirazlarını bildiriblər.

Lakin irqçi fars molla rejimin Salmas və Urmiyadan göndərilən qüvvələri zorakılığa əl ataraq etirazçıları dağıtmağa çalışıblar. Baş verənləri videoya çəkən yerli sakinlərə qarşı isə sərt tədbirlər görülüb.

Aksiyaya səbəb müəssisənin yaradılmasından sonra kənd təsərrüfatı torpaqlarının əkin üçün yararsız hala düşmə ehtimalının yüksək olmasıdır.

Kənd sakinləri deyirlər ki, torpaqlarının Marağadakı “Kave Soda” zavodu kimi ölümcül maddələrin təsirinə məruz qalmasını istəmirlər. həmin zavodun ətrafındakı yüzlərlə hektar kənd təsərrüfatı sahəsi zərərli maddələrin buraxılması səbəbindən artıq məhsuldarlığını itirib.

Həmçinin yoxlayın

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …