Cümə , Sentyabr 25 2026
azfa

Yunisinin antitürk və şovinist mövqeyi Culfa imam cüməsini etiraza vadar etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ruhaninin qövmlər üzrə köməkçisi Əli Yunisinin antitürk və şovinist mövqeyi Culfa imam cüməsi Salar Səncərini etiraza vadar etdi. Səncəri dedi: cənab Yusnisi sizin şüurununz neçə min illik yaşı olan türk dili barədə fikir söyləməyə çatmaz. Biz türkük və türk qalacağıq.

Səncəri dünən may ayının 11-i cümə namazı xütbələrində çıxış edərək Azərbaycanı türkləri əbədi ərazisi adlandırıb və türk dilini Allahın neməti hesab edib.

Qeyd edək ki, Ruhaninin irqçi və antitürk müşaviri Əli Yunisi son zamanlar “Qanun” qəzetinə müsahibə verərək türkləri mühacir adlandırmış və demişdi ki, Azərbaycanın əsil sakinləri kürdlərdir. O həmçinin Azərbaycan türklərini fars olan azəri adlandırmışdır.

Həmçinin yoxlayın

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …

Güney Azərbaycanın “Traxtur” komandasının reytinqi daha da yüksəlib

GADTB: “Traxtur” futbol komandası dünya reytinqində 30 pillə irəliləyərək dünyada 211-ci yerə yüksəlib. “FootballDatabase” saytının …

Bir cavab yazın