Çərşənbə , Sentyabr 23 2026
azfa

ABŞ-la Şimali Koreya müharibənin bitdiyini elan edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In 12 iyunda keçiriləcək görüşdə müharibənin bitdiyini elan edəcək.  Bu barədə Yaponiyann “Nikkey” qəzeti öz mənbələrinə istinadən yazıb. Qəzetin iddiasına görə, dövlət başçılarının görüşündə Koreya müharibəsinin başa çatması elan olunacaq və artıq ABŞ Prezident Administrasiyası buna hazırlaşır. Hazırda tərəflər birgə bəyanata  Koreyaların birləşməsi ilə bağlı konkret müddəaların daxil edilib-edilməməsi ətrafında müzakirə aparır.

Xatırladaq ki, 27 apreldə Şimali və Cənubi Koreya liderləri ilk dəfə görüşüb və danışıqlar olduqca səmərəli keçib.

Bundan əvvəl isə tərəflər illərlə davam edən düşmən münasibətlərə son qoyulmasını göstərən bəzi addımlar atıblar. Koreya yarımadasında atəşkəsin elan edilməsindən keçən 65 il ərzində ilk yüksək səviyyəli bu görüş problemin sonunun çatdığını söyləməyə əsas verib.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

Bir cavab yazın