Bazar , Sentyabr 20 2026
azfa

Azərbaycanlı fəallar Ərdəbildə Beynəlxalq Ana Dili Günü ilə bağlı yenidən türkcə kitablar payladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, 21 fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində azərbaycanlı milli-mədəni fəallar Ərdəbil şəhərində yenidən uşaqlara Azərbaycan türkcəsində kitablar paylayıblar.

“Kimlik qalamız, ana dilimiz” şüarı altında keçirilən mədəni aksiya ilə azərbaycanlı fəallar rejimə irqçi siyasətinə görə öz etiraqzlarını bildiriblər.

Qeyd edək ki, müstəmləkə siyasəti yeridən irqçi fars-molla rejimi Azərbaycan türkcəsini qadağan etməklə Azərbaycan türk millətini bir millət kimi məhv etmək istəyir.

İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 44 ildır ki, bu prinsipin həyata keçirilməsinə mane olur və on milyonlarla azərbaycanlını ana dilində təhsil hüququndan məhrum edir.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …