Molla rejimi Təbrizdə azərbaycanlı körpəyə türk adına görə şəxsiyyət vəsiqəsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin məmurları Təbrizdə azərbaycanlı körpəyə türk adına görə şəxsiyyət vəsiqəsi vermirlər.

Selin Ahəni adlı azərbaycanlı körpənin adı Təbrizdə rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi tərəfindən təsdiq edilmir, buna görə o, şəxsiyyət vəsiqəsi ala bilmir.

Azərbaycanlı körpənin şəxsiyyət vəsiqəsi olmadğına görə, tibbi xidmətlərdən yararlana bilmir.

Rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi köörpənin valideynlərinə qeyri-türk adı seçməyi təklif ediblər.

Nərilti və sel kimi məna verən Selin Azərbaycanın yerli adlarından biri və Qaradağ bölgəsində başlanğıcını Həştəsər yüksəkliyindən götürərək Araz çayına tökülən uzun çayın adıdır.

Qeyd edək ki, irqçi fars-molla rejimi azərbaycanlı valideynlərə öz övladların öz dillərində ad qoymağa mane olmaqla və öz dillərində təhsili qadağan etməklə, onları bir millət kimi məhv etməyə çalışır.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərin əmlakı müsadirə etdi

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 48 nəfərə məxsus əmlak və maliyyə vəsaitləri …