Çərşənbə , İyul 29 2026
azfa

Bir qrup azərbaycanlı fəal Ərdəbildə azərbaycanlı sənətçiyə azadlı q tələbilə posterlər yapışdırdı

GADTB: Ərdəbildə bir qeup azərbaycanlı fəal aclıq aksiyası keçirən azərbaycanlı sənətçi və fəal Mürtəza Pərvinə dəstək üçün şəhərdə ictimai yerlərə poster və banerlər yapışdırlar.

Azərbaycanlı fəallar Mürtəza Pərvinə azadlıq tələbilə hazırlayıb ictimai yerlərə yapışdırdığı posterlərdə “Dustaqlar incəsənəti və sənətçini susdura bilməz” şüarı yazılıb.

Posterin məzmununa əsasən azərbaycanlı fəal simvolik olaraq Azərbaycan yazılmış həbsxananın 209-cu bölməsi məhbus geyimində göstərilib.

Ərdəbil və təbrizdə də oxşar aksiyalar keçirilən və azərbaycanlı fəal və sənətçiyə azadlıq tələb edilib.

Azərbaycanlı fəalın qardaşı Müctaba Pərvin video paylaşaraq aclıq aksiyası nəticəsində qan təzyiqinin düşməsi və haldan getmə səbəbindən qardaşının Evin zindanıının klinikasına köçürüldüyünü bildirib.

Qeyd edək ki, irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı fəal Murtəza Pərvini həbs etməyə cəhd etmişdi. Bu məqsədlə molla rejiminin məmurları oktyabrın 27-də Ərdəbildə heç bir məhkəmə qərarı olmadan azərbaycanlı milli fəal Mürtəza Pərvinin ata evinə hücum edib və axtarış aparmışdılar.

Azərbaycanlı fəal özü evdə olmadığına üçün məmurlar fəala məxsus şəxsi əşyaları, o cümlədən kompüter və onun kitablarını müasdirə edərək, özləri ilə aparıblar.

İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT məmurları ondan neçə gün öncə Ərdəbildə azərbaycanlı milli fəal Murtəza Pərvinə zəng edərək onun ETTELAAT İdarəsinə çağırmışdılar.

Lakin Murtəza Pərvin bunun qanunsuz olduğunu və məhkəmə tərəfindən rəsmi çağırış göndərilmədiyini tələb edərək, ETTELAAT İdarəsinə getməkdən imtina edib.

Azərbaycanlı fəal bundan öncə də dəfələrlə təzyiqlərə məruz qalmışdı. O, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında yaxalanmışdı.

Həmçinin yoxlayın

The Times: “ABŞ və İsrail İranın yeni ali rəhbəri Müctəba Xameneyinin axtarışı üzrə məxfi əməliyyat aparırlar”

GADTB: Kəşfiyyatın məqsədi aradan götürmək deyil, onun sağ olduğunu təsdiqləmək, yerini müəyyənləşdirmək və sağlıq durumunu …

Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində səylər davam edir

GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş …