Bazar ertəsi , May 12 2025
azfa

Sayınqala şəhərində orta məktəbdə “Azərbaycan türkcəsi və adət-ənənəsi” adı altında sərgi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sayınqala şəhərində orta məktəbdə “Azərbaycan türkcəsi və adət-ənənəsi” adı altında sərgi keçirilib. Qızlara məxsus orta məktəbin şagirdləri tərəfindən keçirilən sərgidə Azərbaycan türkcəsi və adət-ənənəsi əks etdirən müxtəlif material və vəsaitlər nümayiş etdirilib.

Keçirilən sərgidə Azərbaycan tükcəsində bir çox kitablar nümayiş etdirilib, divarlara türk dilinin tarixini əks etdirən şəkillər və yazılar asılıb.

Sərginin əl işləri bölümündə yerli geyim, quru meyvə, kənd təsərrüfatı məhsulları və s. məhsullar nümayiş etdirilib.

Qeyd edək ki, Sayınqala şəhəri Qərbi Azərbaycan vilayətində yerləşir və irqçi fars rejimin Azərbaycanı kürdləşdirmə siyasəti çərçivəsində kürdlərin axınına məruz qalan qədim Azərbaycan şəhərlərindən biridir.

 

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə “Azərbaycan Səsi”ndə “Güney Azərbaycanın gündəmi” mövzusunda çıxışı -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

PKK terror təşkilatı özünü ləğv etdi

GADTB: PKK terror təşkilatı özünü ləğv edib. Türkiyədə hakim Ədalət və İnkuşaf Partiyasının (AKP) sözçüsü …

Bir cavab yazın